Hər modul real iş prosesinə görə qurulub: qeydiyyatdan ödənişə, çap olunan sənəddən ay sonu hesabatına qədər. Aşağıda hər xidmətin nə etdiyini ətraflı görə bilərsiniz.
Avtomobil icarəsi şirkətinin bütün gündəlik işi bir paneldə: park, icarə, yol vərəqəsi, ödəniş, nisyə, xərc, kassa və hesabat. Üstəlik şirkətinizə hazır ictimai sayt.
Kimlər üçün: avtomobil icarəsi şirkətləri, kiçik və böyük avtoparklar, sürücülü və sürücüsüz icarə.
Mənzil kompleksinin idarəsi üçün: binalar, bloklar, mənzil və qeyri-yaşayış sahələri, sakinlər, müqavilələr, aylıq haqların avtomatik hesablanması, ödəniş və borc nəzarəti.
Kimlər üçün: mənzil-tikinti kooperativləri (MTK), yaşayış kompleksləri, idarəetmə şirkətləri, tikinti şirkətlərinin satış şöbələri.
Mağaza, topdan satış və anbar üçün uçot sistemi: mal kataloqu, çox mallı qaimələr, bir neçə anbar və köçürmə, barkod, təchizatçı və müştəri borcları, hesabatlar.
Kimlər üçün: mağazalar, topdan satış, tikinti materialları, ehtiyat hissələri, istehsal anbarları, bir neçə filialı olan bizneslər.
Hansı modulu seçsəniz də, aşağıdakılar standart olaraq işləyir.
Müraciət göndərin, sizinlə əlaqə saxlayıb hesabınızı açaq.